...

İzmirdə əməliyyat: külli miqdarda narkotik və etil spirti aşkarlanıb

Dünya xəbərləri Materials 28 Noyabr 2024 15:51 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonunda keçirilən əməliyyat nəticəsində 4 kiloqram 838 qram heroin aşkar edilərək götürülüb, 1 nəfər şübhəli şəxs saxlanılıb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, bundan əlavə, İzmirin Menemen rayonunda yerləşən anbar və istehsalat məntəqəsinə keçirilən əməliyyat zamanı 28 min litr etil spirti aşkarlanıb, 5 şübhəli şəxs barəsində hüquqi tədbirlər görülüb.

Məlumata görə, İzmir Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Vilayət Polis Müdirliyinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları narkotik ticarəti ilə məşğul olan şübhəlilərə qarşı əməliyyat keçirib.

Əvvəlcədən müəyyən edilmiş ünvana edilən basqın zamanı aparılan axtarışlarda 4 kiloqram 838 qram heroin, 11 qram kokain və 2 ədəd həssas tərəzi aşkar edilərək götürülüb.

“Bundan əlavə, Baş Prokurorluğun qanunsuz və saxta içki ticarəti ilə məşğul olan şübhəlilərə qarşı apardığı istintaq çərçivəsində Vilayət Polis Müdirliyinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları anbar və istehsalat məntəqəsinə eyni vaxtda basqın edib”, - məlumatda bildirilir.

Qeyd olunub ki, basqın zamanı aparılan axtarışlarda 28 min litr etil spirt, 2 600 plastik bidon, 1 070 saxta etiket, 35 plastik çən, 3 etil spirt distillə qazanı, 2 soyutma cihazı, 1 etil spirti doldurma aparatı və 1 falqa bağlama aparatı aşkarlanaraq götürülüb.

Saxlanılan şübhəlilər barəsində hüquqi tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti