...

Azərbaycanda üç ticarət müəssisəsinin möhürləri yoxa çıxdı

İqtisadiyyat Materials 28 Noyabr 2024 16:02 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Balakən rayon Tam Təsərrüfat Hesablı Topdan Satış Müəssisəsi, Sumqayıt şəhər Tam Təsərrüfat Hesablı Topdan Satış Ticarət Müəssisəsi və "Bakı şəhəri Nizami rayon Təsərrüfat Hesablı Topdan Satış Müəssisəsi" MMC-nin möhürləri itib.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Sözügedən müəssisələrin möhürləri itdiyi üçün etibarsız sayılırlar.

Qeyd edək ki, Balakən rayon Tam Təsərrüfat Hesablı Topdan Satış Müəssisəsi 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Müəssisəsinin qanuni təmsilçisi Əhmədov Həbibulla Ramazan oğludur.

Sumqayıt şəhər Tam Təsərrüfat Hesablı Topdan Satış Ticarət Müəssisəsi 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 400 manat olan müəssisənin qanuni təmsilçisi Talıbov Qiyas Satıl oğludur.

"Bakı şəhəri Nizami rayon Təsərrüfat Hesablı Topdan Satış Müəssisəsi" MMC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Müəssisənin qanuni təmsilçisi Rzayev Ehtibar Əli oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti