...

Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclasının 2025-ci ilin yazında keçiriləcəyi gözlənilir - Səfir (ÖZƏL)

İqtisadiyyat Materials 28 Noyabr 2024 12:56 (UTC +04:00)
Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclasının 2025-ci ilin yazında keçiriləcəyi gözlənilir - Səfir (ÖZƏL)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Gözlənilir ki, gələn ilin yazında Bakıda Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə doqquzuncu iclası keçiriləcək.

Bu barədə Trend-ə Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.

"COP29 konfransı zamanı Latviyanın kənd təsərrüfatı naziri Bakıya səfər etdi. O, Latviya tərəfdən həmsədrlik edir, Azərbaycan tərəfindən isə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev təmsil olunurdu. Görüş zamanı razılığa gəldilər ki, yaz aylarında komissiyanın işi davam etdirilsin və növbəti iclas Bakıda keçirilsin. Dəqiq tarixi söyləmək çətindir, lakin çox güman ki, bu, aprel və ya may ayında olacaq. Bu, bizim planlarımızın əsas hissəsidir", — deyə səfir bildirib.

O qeyd edib ki, Hökumətlərarası Komissiya 2022-ci ildən bəri iclas keçirməyib.

"Əminəm ki, bu iclasda hökumətlər, nazirliklər, idarələr və digər qurumlar səviyyəsində mövcud olan bütün vacib məsələlər müzakirə olunacaq. Komissiyanın işi çərçivəsində bir sıra protokollar və razılaşmaların imzalanması da mümkündür. Məqsədlərdən biri müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi yollarını müzakirə etməkdir. Gözləyirik ki, müzakirə üçün zəngin və hərtərəfli gündəlik olsun", — deyə səfir əlavə edib.

Qeyd edək ki, əvvəlki iclas 2022-ci il mayın 20-də Riqada keçirilmişdi. Bu, Azərbaycan və Latviya arasında əməkdaşlığın gücləndirilməsi üçün vacib bir addımdır və qarşıdan gələn iclas hər iki ölkənin iqtisadi, mədəni və texniki əlaqələrini daha da inkişaf etdirmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti