Bakı. Trend:
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda sığorta şirkətləri üzrə sığorta haqları və sığorta ödənişləri açıqlanıb.
Trend-in Mərkəzi Banka istinadən apardığı hesablamalara görə, qeyd olunan dövr ərzində yığımları ən çox azalan sığorta şirkəti “İpək Yolu Sığorta” ASC olub.
Belə ki, şirkət bu ilin 10 ayında 5 milyon 306 min manat sığorta haqqı toplayıb. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 milyon 243 min manat (65,9%) azalma deməkdir. Ötən ilin eyni dövründə şirkət 15 milyon 549 min manat sığorta haqqı toplayıb.
Yığımları ən çox azalan sığorta şirkətlərinin siyahısında ikinci pillədə “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti qərarlaşıb. Belə ki, şirkət bu ilin 10 ayında 1 milyon 951 min manat sığorta haqqı toplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 844 min manat (65,1%) azalma deməkdir. 2023-cü ilin 10 ayında şirkət 4 milyon 368 min manat sığorta haqqı toplayıb.
Yığımları azalan sığorta şirkətlərinin siyahısında “Aqrar Sığorta” Açıq Səhmdar Cəmiyyəti üçüncü yerdədir. Hesabat dövründə şirkət 12 milyon 449 min manat sığorta haqqı toplayıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 milyon 332 min manat (15,8%) azalma deməkdir. Ötən ilin yanvar-oktyabr aylarında şirkət 14 milyon 781 min manat sığorta haqqı toplayıb.
Yığıları azalan sığorta şirkətlərinin sonuncu pilləsində “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti mövqe tutub. Belə ki, şirkət bu ilin 10 ayında 20 milyon 361 min manat sığorta haqqı toplayıb. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 88 min manat (5,1%) azalma deməkdir. Ötən ilin eyni dövründə şirkət 21 milyon 449 min manat sığorta haqqı toplayıb.