...

Neqativ kredit tarixçəsi ilə bağlı ödənişsiz bildiriş almaq mümkün olacaq

Siyasət Materials 28 Noyabr 2024 14:14 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək.

Dəyişikliklə, kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququ əldə edir.

Xəbər lenti

Xəbər lenti