...

Türkiyənin mebel ixracı 8 milyarda yaxınlaşıb

Dünya xəbərləri Materials 3 Dekabr 2024 10:46 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 7 milyard 862 milyon 258 min dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 671 milyon 664 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz azdılr” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 7 milyon 862 min 268 dollar məbləğində mebel ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti