Bakı.Trend:
“YouTube” videohostinqi platformaya yüklənən vidoeçarxlarda peyda olan reklamlarla bağlı dəyişikliklər olunacağını elan edib. Məqsəd ilk növbədə uzun videoların ortalarında göstərilən reklamları tamaşaçılar üçün daha az “bezdirici” və daha “təbii” etməkdir.
Trend xəbər verir ki, bu barədə “The Verge” nəşri yazır.
Mayın 12-dən etibarən platforma uzun videolarda yalnız istifadəçinin fasilə düyməsini sıxdığı və ya videokontentdə yeni səhnəyə keçid zamanı reklam göstərəcək. Yəni videoçarxda nitqin və ya aktiv hərəkətliliyin ortasında reklam peyda olmayacaq.
Yeni “YouTube” alqoritmi reklamın peyda olması üçün videoda “təbii müdaxilə nöqtələrini”, məsələn, səhnənin məntiqi sonluğunu və ya səhnələr arasında keçidi müəyyənləşdirəcək.