...

Türkiyənin sement ixracı azalıb

Dünya xəbərləri Materials 7 Aprel 2025 15:20 (UTC +04:00)
Türkiyənin sement ixracı azalıb

Bakı. Trend:

2025-ci ilin yanvar-mart aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalaraq, 1 milyon 15 min 119 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 376 min 488 dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,2 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 4 milyon 270 min 944 dollar məbləğində sement ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti