...

ABŞ dərin sularda faydalı qazıntı hasilatını sürətləndirəcək

Dünya xəbərləri Materials 25 Aprel 2025 11:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerika prezidenti Donald Tramp ABŞ-də dəniz dibində olan faydalı qazıntıların hasilatının inkişaf etdirilməsi ilə bağlı fərman imzalayıb.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bəyanat yayıb.

“Geniş şelf sahələri kritik əhəmiyyətli mineral və enerji resurslarına malikdir. Bu resurslar bizim iqtisadiyyatın möhkəmləndirilməsi, enerji gələcəyimizin təmin olunması və kritik əhəmiyyətli mineralların xarici tədarükçülərindən asılılığın azaldılması baxımdan böyük əhəmiyyət kəsb edir”, - bəyanatda qeyd olunur.

Amerika liderinin fikrincə, Birləşmiş Ştatlar dərin su resurslarının işlənməsi prosesini dərhal sürətləndirməyə başlamalı, milli ehtiyatların həcmini qiymətləndirməli və hasilatla emal texnologiyaları sahəsində liderliyini bərpa etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti