Bakı. Trend:
Ötən gün Ekvadorda baş vermiş 6.3 bal gücündə zəlzələ azı 20 nəfərin yaralanmasına və Esmeraldes adlı liman şəhərində çoxsaylı dağıntılara səbəb olub.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinə əsasən, zəlzələ Ekvador sahilləri yaxınlığında yerin 30 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ evlərin və ictimai binaların uçmasına, elektrik xətlərinin aşmasına yol açaraq, neft infrastrukturuna aid bəzi müəssisələrin bağlanması ilə nəticələnib.
Yerli hakimiyyət orqanları evlərin 80 faizdən çoxunun elektrik təchizatından məhrum olduğunu bildirir.