...

Şimali koreyalı hakerlər külli miqdarda kriptovalyuta oğurlayıblar

Dünya xəbərləri Materials 23 İyul 2025 10:06 (UTC +04:00)
Şimali koreyalı hakerlər külli miqdarda kriptovalyuta oğurlayıblar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Chainalysis”in son hesabatına görə, ilin ilk yarısında dünya üzrə ümumilikdə 2,17 milyard dollar dəyərində kriptovalyuta oğurlanıb. Bu işin arxasında isə Şimali koreyalı hakerlər dayanır.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Kibercinayətkarlar təkcə bir hücumla 1,4 milyard dollarlıq kriptovalyuta ələ keçirməyə nail olublar. ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) məlumatına görə, Şimali Koreya ilə əlaqəli hakerlər “Bybit” adlı kriptovalyuta birjasına hücum edərək, nəhəng məbləğdə rəqəmsal aktiv əldə ediblər.

Oğurlanmış vəsaitin əhəmiyyətli hissəsinin çirkli pulların yuyulması yolu ilə Pxenyan hökumətinə aid hesablara ötürüldüyü bildirilir.

“Chainalysis” bu hücumların Şimali Koreyanın uzun müddətdir davam etdirdiyi kiberəməliyyatların tərkib hissəsi olduğunu qeyd edib. Hesabatda vurğulanır ki, Şimali koreyalı haker qrupları rejim üçün daha kritik rol oynamağa başlayıb. Bu qruplar sanksiyalardan yayınmaq üçün istifadə olunan əsas vasitələrdən birinə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti