...

ABŞ-də bu səbəbə görə FTB təhqiqatları dayandırılıb

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 20:02 (UTC +04:00)
ABŞ-də bu səbəbə görə FTB təhqiqatları dayandırılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hökumətinin maliyyələşdirilməsinin dayandırılması (şatdaun) Federal Təhqiqatlar Bürosunun (FTB) fəaliyyətinə təsirsiz ötüşməyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ tarixində müddətinə görə ikinci ən uzun şatdaun səbəbindən FTB-nin əksər istintaqları dayandırılıb və ya ləngidilib. Şatdaun fonunda FTB agentlərinin ezamiyyətləri üçün nəzərdə tutulan vəsaitlər də dondurulub.

Qeyd edək ki, Senatın büdcə layihəsini razılaşdıra bilməməsi səbəbindən oktyabrın 1-dən etibarən ABŞ-da hökumətin fəaliyyəti dayandırılıb.

Belə ki, səhiyyənin maliyyələşdirilməsi məsələsində demokratlar və respublikaçılar arasında ixtilaf düşüb. Beləcə, ABŞ tarixinin sayca 22-ci və prezident Donald Tramp hakimiyyəti dövründə isə 4-cü şatdaun başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti