...

ABŞ-də Demokratların 3 ofisində bomba həyəcanı

Dünya xəbərləri Materials 2 Dekabr 2025 12:21 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Demokratik partiyanın ABŞ senatındakı fraksiyasının lideri Çak Şumer üç şəhərdə yerləşən ofislərinə bomba qoyulması ilə bağlı anonim məlumatın daxil olduğunu bildirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bu gün səhər Nyu-York hüquq-mühafizə orqanları mənə Roçester, Binqemton və Lonq-Aylenddəki ofislərimə daxil olmuş çoxsaylı partlayış təhdidləri barədə məlumat verdilər. Məktubun mövzusu MAGA (“Amerikanı yenidən böyük edək” –red.) olub və 2020-ci ilin ‘saxtalaşdırılmış seçkiləri’ ilə əlaqələndirilən bir elektron poçt ünvanından göndərilib”, - o "X" sosial şəbəkəsində yazıb.

Senat əlavə edib ki, yerli və federal hüquq-mühafizə orqanları dərhal bu hədələrə reaksiya veriblər və kompleks təhlükəsizlik yoxlanışları aparılmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti