...

İstifadəçilərin NƏZƏRİNƏ: Saxta “Tiktok” və “Youtube” tətbiqləri ilə virus yayılır

Dünya xəbərləri Materials 3 Dekabr 2025 12:12 (UTC +04:00)
İstifadəçilərin NƏZƏRİNƏ: Saxta “Tiktok” və “Youtube” tətbiqləri ilə virus yayılır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Daha geniş” və ya “18+” versiyaları adı altında internetdə saxta “Tiktok” və “YouTube” tətbiqləri yayılmağa başlayıb. “F6” kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri həmin tətbiqlərdə troyan tipli virusların yayıldığına dair xəbərdarlıq edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, saytlarda zərərli olan belə tətbiqlərin reklamı yerləşdirilir. F6 əməkdaşları tapa bildikləri proqramların adlarını təqdim ediblər:

“ TikTok 18+”, “YouTube Max”, “YouTube Boost”, “YouTube Mega”, “YouTube Ultra”, “YouTube Plus”, “YouTube Ultima Edition”, “YouTube Pro”, “YouTube Advanced”, “Ютуб плюс” (adı kiril əlifbası ilə yazılır – red.)

Həmçinin, internetin Rusiya seqmentində “Cərimələrin ödənilməsi”, “Tıxacsız” və “EasyRide” adlı viruslu tətbiqlər də aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti