...

İran hökuməti dəstək siyasəti ilə renta və korrupsiyanın kökünü qurutmağa çalışır – Pezeşkian

Dünya xəbərləri Materials 6 Yanvar 2026 16:06 (UTC +04:00)
İran hökuməti dəstək siyasəti ilə renta və korrupsiyanın kökünü qurutmağa çalışır – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran hökuməti vətəndaşlara dəstək siyasəti ilə ölkədə renta və korrupsiyanın kökünü qurutmağa çalışır.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (6 yanvar) Tehranda “Konstitusiyada islam şuraları və əhalinin iştirakının yeri” milli konfransında deyib.

Onun sözlərinə görə, struktur istlahatları prosesi asan və dərhal həyata keçirilən proses deyil. Son vaxtlar xarici valyuta ilə əlaqədar renta, monopoliya ilə mübarizə məqsədilə addım atılıb. Halbuki bundan öncəyədək bəzi şəxslər aşağı qiymətlərlə xarici valyuta almaqla hər 1 dollar qarşılığında yüz minlərlə rial gəlir əldə edirdilər. Bu isə bir növ gizli subsidiya və açıq-aşkar ədalətsizlik idi.

Pezeşkian bildirib ki, hökumətin bəzi məhsulların idxalı ilə əlaqədar müxtəlif şəxslərə aşağı qiymətlərlə xarici valyuta verilməsi prosesini dayandırması ilə, həmin vəsait birbaşa olaraq vətəndaşların hesabına köçürülür. Belə ki, renta və korrupsiyanın qarşısının alınması ilə yanaşı vəsaitlərin verilməsində ədalət reallaşsın.

İran prezidenti əlavə edib ki, bəziləri bu siyasətin inflyasiyanın artması ilə nəticələnəcəyini hesab edir. Halbuki dəqiq hesablamalar hər bir İran vətəndaşının hesabına köçürüləcək 10 milyon rialın (təxminən 10,2 dollar) ləğv edilməyəcəyini və xarici valyutanın dəyəri artdığı halda, həmin vəsaitin də artacağını göstərir.

“Əhalinin məişət durumuna dəstək üzrə proqram çərçivəsində həmin məbləğin 8 milyon rialı (təxminən 8,2 dollar) on bir və ya on iki adda əsas və gündəlik istehlak mallarının təmin edilməsinə imkan verir. Halbuki bu proqram tətbiq edilməzdən əvvəl də həmin məbləğ 8 milyon rial idi. Lakin ət, toyuq və digər zəruri məhsullarda yaranan inflyasiya nəzərə alındıqda, bu rəqəm 13 milyon riala (təxminən 13,3 dollar) yüksəlib. Başqa sözlə, bu proses çərçivəsində 5 milyon rial (təxminən 5 dollar) inflyasiya formalaşıb. Məhz buna əsaslanaraq, hər hər bir şəxs üçün 10 milyon rial ödəniş nəzərdə tutub ki, bu da faktiki olaraq yaranmış inflyasiya məbləğindən 5 milyon rial artıq vəsaitin əhaliyə ödənilməsi deməkdir”, - deyə o qeyd edib.

Qeyd edək ki, 4 yanvarda İran hökuməti iqtisadi təzyiqlərin davam etdiyi şəraitdə, ərzaq təhlükəsizliyinə zəmanət vermək, əhalinin məişət durumunu yaxşılaşdırmaq və ölkə iqtisadiyyatında stabilliyi artırmaq məqsədilə hökumətin hərtərəfli dəstək proqramı icrasına başlayıb.

Əlavə edək ki, son vaxtlar İran valyutası kəskin şəkildə dəyərini itirməkdə davam edir. İranda zəruri məhsulların idxalı üçün idxalçılara aşağı qiymətlrələ xarici valyuta ayrılsa belə, yenə də məhsulların qiymətləri artmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti