...

Hökumət vətəndaşların problemlərini dinləməyə borcludur – İran prezidenti

Dünya xəbərləri Materials 6 Yanvar 2026 16:23 (UTC +04:00)
Hökumət vətəndaşların problemlərini dinləməyə borcludur – İran prezidenti
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran hökuməti vətəndaşlarla qarşılaşmaq deyil, müxtəlif sahələrdə vətəndaşların səsini dinləməyə, onların problemlərini həll etməyə borcludur

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (6 yanvar) Tehranda “Konstitusiyada islam şuraları və əhalinin iştirakının yeri” milli konfransında deyib.

Onun sözlərinə görə, İran vilayətlərinin valilərinə davamlı şəkildə istehsalçılar, iş adamları, ticarətçilər və əhali ilə dialoq aparmaları haqda göstəriş verilib. Yerli icra nümayəndələrinin də vəzifəsi budur və hökumət bu prosesin icra olunmasına nəzarət edəcək.

Pezeşkian bildirib ki, İran hökuməti öz səlahiyyəti və gücü ilə qanun və qayda maneəsi mövcud olan problemləri aradan qaldırmağa çalışır. Təbii ki, bu istiqamət asan deyil.

İran prezidenti əlavə edib ki, problemlə üzləşən hər bir şəxsin sözünü demək haqqı var. Hər bir məsul şəxs problemin həlli üçün səlahiyyətindən istifadə etməzsə, cavabdeh olmalı və mühakimə edilməlidir.

“Ölkədə bütün sahələrdə reallıqlar nəzərə alınmazsa, ölkə böhrana doğru sürüklənəcək. Potensiallar, məhdudiyyətlər və təhdidləri müəyyənləşdirmək lazımdır. İlk öncə özümüzü dəyərləndirməli, sonra isə ətrafımızı dəyərləndirməliyik”, - deyə o qeyd edib.

Qeyd edək ki, son vaxtlar İran valyutasının xarici valyutalar qarşısında dəyərini kəskin şəkildə itirməsinə görə, 29 dekabrdan etibarən İranda ticarətçilər etiraz aksiyaları keçirirlər. Etirazçılar valyutanın dəyəri, iqtisadi durumun stabilləşməsi istiqamətində ciddi addımların atılmasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti