Bakı. Trend:
Litva Ukraynanın təhlükəsizlik zəmanətlərinə töhfə verməyə, respublikanın ərazisinə bir neçə yüz hərbçi göndərməyə hazırdır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri Robertas Kaunas danışıb.
“Bunu dəqiq detallarla ifadə edə bilmərəm, hazırda bu məsələ müzakirə olunur. Biz mütləq təhlükəsizlik zəmanətlərinə öz töhfəmizi verəcəyi... sülh əldə olunacağı təqdirdə bu, bir neçə yüz hərbçidən ibarət ola bilər”, – deyə Kaunas bildirib.
Eyni zamanda, o, Litvanın Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin olunmasına hansı konkret vasitələrlə əlavə töhfə verə biləcəyi barədə təfərrüata varmayıb. Yalnız onu qeyd edib ki, ölkə Avropa və ABŞ ilə birlikdə sülh sazişinin əldə olunması üçün bütün lazımı səyləri göstərir.
Xatırladaq ki, yanvarın 6-da Parisdə “istəklilər koalisiyası”nın sammiti keçirilib. Tədbirdə Avropa ölkələrinin liderləri, həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner iştirak ediblər. Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti də iştirak edib.
