Bakı. Trend:
Böyük Britaniya hökuməti İngiltərə və Uelsdə terrorizm, mütəşəkkil cinayətkarlıq və fırıldaqçılıq kimi ən ağır cinayətləri araşdıracaq yeni bir qüvvə olan Milli Polis Xidmətini (MPS) yaradacaq.
Trend-in məlumatına görə, bu barədə "The Guardian" qəzeti Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin rəhbəri Şabana Mahmuda istinadən bildirib.
Nəşrin Amerika Federal Təhqiqat Bürosunun (FTB) ekvivalenti adlandırdığı yeni qurum ağır cinayətlərlə mübarizə məsuliyyətini öz üzərinə götürəcək.
Hazırda bu vəzifə Milli Cinayətkarlıq Agentliyinə (NCA), regional bölmələrə və terrorizm halında isə Şotlandiya Yardına həvalə edilib.
"Biz "Britaniya FTB" adlandırılan yeni Milli Polis Xidməti yaradacağıq və təhlükəli cinayətkarları təqib etmək və yaxalamaq üçün dünyanın ən yaxşı heyətindən və ən son texnologiyadan istifadə edəcəyik. Bu, yerli hüquq-mühafizə orqanlarına yerli səviyyədə cinayətkarlıqla mübarizəyə daha çox diqqət yetirməyə imkan verəcək", - deyə nazir bildirib.