Bakı. Trend:
ABŞ Federal Təhqiqat Bürosu (FBI) Minnesota ştatında solçu fəallar tərəfindən Miqrasiya polisi və digər federal hüquq-mühafizə orqanlarına qarşı fəaliyyətlərin koordinasiyası üçün istifadə olunan, “Signal” şifrəli messencerindəki qrup çatları ilə bağlı araşdırmaya başlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə FBI direktoru Keş Patel Fox News telekanalına müsahibəsində bildirib.
“Biz dinc etirazlar çərçivəsində insanların söz azadlığını pozmur və ya onları silah daşımaq hüquqlarına görə təqib etmirik. Lakin əgər siz zorakılığa təhrik edir və ya hüquq-mühafizə əməkdaşlarına zərər yetirməklə hədələyirsinizsə, bu artıq istintaq predmetinə çevrilir. Məhz buna görə FBI “Signal”daki bu çatlarla bağlı araşdırmaya başlayıb”, – deyə Patel vurğulayıb.
Onun sözlərinə görə, FBI bu çatlara sağçı fəalların daxil ola bilməsindən və oradan federal qurumlara qarşı müqavimət göstərmək barədə təlimatlar, eləcə də immiqrasiya polisinə açıq qarşıdurmaya çağırışlar ehtiva edən mesajları yaymasından sonra diqqət yetirib.
