...

Qazaxıstanda yeni konstitusiyanın qəbulu məsələsi müzakirəyə çıxarılıb

Dünya xəbərləri Materials 29 Yanvar 2026 16:10 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan təklif olunan islahat çərçivəsində yeni Konstitusiya qəbul etməli, 1995-ci ildən qüvvədə olan mövcud Konstitusiyaya çoxsaylı dəyişikliklər etmək yolunu seçməməlidir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin Məclisinin (aşağı palatanın) sədr müavini, Konstitusiya komissiyasının üzvü Daniya Yespayeva bəyan edib.

Onun sözlərinə görə, komissiya əsas qanuna dəyişikliklərlə bağlı 2 mindən çox təklif alıb və bu təkliflər “əhəmiyyətli və əsaslandırılmışdır, onların məntiqi tutarlıdır və sayı kifayət qədər çoxdur”.

“Hazırda qarşımızda duran vəzifə ölkənin əsas qanununun ayrı-ayrı bölmələrinin redaktəsi və ya tamamlanması çərçivəsindən kənara çıxır. Bu, sadəcə olaraq 1995-ci il Konstitusiyasının mətninin bugünkü reallıqlara uyğunlaşdırılması deyil, dövlət quruluşunun bütün arxitekturasının, hüquq və azadlıqların təminat sisteminin, hakimiyyətlə cəmiyyət arasında qarşılıqlı fəaliyyət mexanizminin dərin şəkildə yenidən nəzərdən keçirilməsidir.

Bu miqyasda kompleks dəyişikliklər bizi fraqmentar düzəlişlər silsiləsinə deyil, məntiqi olaraq yeni mətnin hazırlanmasına gətirib çıxarır”, – o, Konstitusiya Məhkəməsi tərəfindən yayımlanan komissiya iclasında bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti