...

Tbilisidən Moskvaya uçan təyyarə Mineralnıye Vodıda məcburi eniş etdi

Dünya xəbərləri Materials 30 Yanvar 2026 17:05 (UTC +04:00)
Tbilisidən Moskvaya uçan təyyarə Mineralnıye Vodıda məcburi eniş etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın “Azimut” hava yollarına məxsus, Tbilisi-Moskva hava reysi ilə uçan sərnişin təyyarəsi Mineralnıye Vodı aerodromunda məcburi eniş edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məcburi enişin təyyarənin göyərtəsində meydana gələn və təfərrüatları açıqlanmayan texniki səbəbə görə baş verdiyi bildirilir.

Aviaşirkətdən bildirilib ki, ehtiyat aerodroma edilmiş eniş uğurlu olub və sərnişinlər “Azimut”un ehtiyat təyyarəsi ilə öncəki kurs üzrə uçuşa hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti