Bakı. Trend:
ABŞ-də 1,27 milyon "Ford F-150" ilə bağlı təhlükəsizlik araşdırması genişləndirilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.
Məlumata görə, NHTSA 1,27 milyon "Ford F-150" pikapı ilə bağlı təhlükəsizlik araşdırmasını genişləndirib. Buna səbəb bəzi avtomobillərdə arxa təkərlərin kilidlənməsi və nəqliyyat vasitəsinin gözlənilməz şəkildə qəfil yavaşlaması ilə bağlı şikayətlərdir.
Araşdırma 2015–2017-ci il modellərini əhatə edir. Sürücülər xəbərdarlıq olmadan avtomobilin aşağı sürətə keçdiyini, bunun isə qəza riskini artırdığını bildiriblər.
Ford problemin əvvəlki geri çağırışlardan fərqli olduğunu və yeni hallarda istilik və vibrasiya səbəbindən elektrik birləşmələrində aşınma nəticəsində sensor siqnalının itə biləcəyini açıqlayıb.
NHTSA məsələ ilə bağlı əlavə texniki sınaqlara başladığını bildirib.
