...

İyunun 8-də Axalkalaki və Batumi bazalarından Rusiya hərbi texnikasının növbəti partiyası göndəriləcək

Dünya xəbərləri Materials 8 İyun 2006 12:48 (UTC +04:00)

Rusiya bazalarından Gürcüstana çıxarılan hərbi texnikanın növbəti partiyası iyunun 8-də Ermənistandakı Rusiya bazasına göndəriləcək. Bu barədə Zaqafqaziya rus qoşunları qrupunun (ZRQQ) komandanı Andrey Popov xəbər verib.

O deyib: "Batumidəki bazadan Gümrüyə 40 ədəd təkərli texnika ilə dəmiryolu qatarı yola düşəcək. Axalkalakidəki bazadan Gümrüyə isə 14 ədəd təkərli texnika və altı qoşqu göndəriləcək".

Trend in ARKA-RİA Novosti-yə əsasən verdiyi xəbərə görə, A.Popov xatırladıb ki, Salka stansiyasından hər çərşənbə axşamı texnika aparan dəmiryolu qatarı yola düşür. O bildirib: "Dörd eşelon artıq göndərilib, 15 eşelon isə qalıb. Öz növbəsində, Batumidən hər çərşənbə günü texnika yola düşür - sabah üçüncü eşelon gedəcək və ondan sonra daha üç eşelonu yola salmaq lazımdır".

Xəbər lenti

Xəbər lenti