...

Sentyabrın sonunda Astanada ABŞ-ın Qazaxıstandakı səfirliyinin yeni binası açılacaq

Dünya xəbərləri Materials 4 Sentyabr 2006 12:50 (UTC +04:00)

Sentyabrın sonunda Astanada ABŞ-ın Qazaxıstandakı səfirliyinin yeni binasının açılışı olacaq. Bu barədə Trend in xüsusi müxbirinə ABŞ-ın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Corc Ordvey məlumat verib.

"Sentyabrın sonunda Astanada ABŞ-ın Qazaxıstandakı səfirliyinin yeni binası açılacaq. Oktyabrın əvvəlində isə rəsmi açılş mərasimi olacaq", - deyə o bildirib.

ABŞ səfirliyinin yeni binası yeni müasir şəhərin salındığı sahədə, Astananın sol sahilində yerləşəcək.

C.Ordveyin sözlərinə görə, yeni bina memarlıq baxımından maraqlı olacaq. Bina bir neçə binanın da inşa ediləcəyi böyük ərazidə yerləşir. Bu binalardan ən mühümü səfirliyin yerləcəyi inzibati binadır.

"Səfirlik yaxşı mühafizə olunur və bura gələnlərin üzünə açıq ola bilər", - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, bu gün ABŞ-ın Orta Asiya respublikalarının 5-də də səfirlikləri var. "1991-ci ilin sonunda keçmiş SSSR-nin bütün respublikalarında səfirliklərin açılması başlıca prioritet idi. Biz səfirliklərin ofislərinin mehmanxanalardan köçürmək üçün yeni binalar axtarışındaydıq. Ancaq yaxşı binalar tapmağımıza baxmayaraq, ümidimiz az idi. İndi də qarşılıqlı əlaqələrimizin intensiv inkişafı baxımından əvvəllər seçilmiş binalar çox kiçik olub", - deyə o, yeni binanın inşası zəruriliyini izah edib.

Səfirliyin açılış mərasimi Qazaxıstanın ABŞ ilə diplomatik əlaqələrinin qurulmasının 15 illiyinin təsdadüf etdiyi tarixədək bir ay ərzində keçiriləcək.

Ordveyin sözlərinə görə, bu il ABŞ Tacikistan və Özbəkistanda da səfirliklərinin yeni binalarını açacaq.

Xəbər lenti

Xəbər lenti