...

Qazaxıstan Ukraynada neft emaledici aktivlərin alınması imkanını nəzərdən keçirir

Dünya xəbərləri Materials 2 Fevral 2007 12:31 (UTC +04:00)

Qazaxıstan Ukrayna ərazisində neft emaledici aktivlərin alınması imkanını nəzərdən keçirir. Bu barədə Kiyevdə jurnalistlərə Ukraynanın yanacaq və energetika naziri Yuriy Boyko məlumat verib.

"İnterfaks"a istinadən Trend məlumat verir ki, nazir həmçinin Qazaxıstandan Ukrayna ərazisində birgə neftemalı zavodunun tikintisi ilə bağlı təklifin hələ daxil olmadığını qeyd edib. Y. Boyko hesab edir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ukraynaya səfəri ölkələr arasındakı münasibətlərə yeni təkan verəcək.

Xəbər lenti

Xəbər lenti