...

Türkiyə və İran enerji sahəsində danışıqların davam etdirilməsinə dair razılığa gəliblər

Dünya xəbərləri Materials 22 Fevral 2007 12:57 (UTC +04:00)

İranın xarici işlər naziri Manuçehr Mottakinin Türkiyəyə səfəri Türkiyə dövlət naziri Gürşad Tuzmənlə Ankara şəhərində Türkiyə-İran birgə iqtisadi komissiyasının yığıncağının açılışında iştirakı ilə başlayıb.

Trend in Ankara müxbiri xəbər verir ki, İran XİN rəhbəri həmçinin Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülərlə danışıqlar aparıb, energetika sahəsində ölkələr arasında əməkdaşılğa dair bir sıra müqavilələr imzalanıb. Tərəflər bu sahədə danışıqların davam etdirilməsinə dair razılığa gəliblər, bunun üçün yaxın vaxtlarda İranın neft naziri Xamneyinin Ankara səfəri nəzədə tutulub.

Türkiyəyə səfəri sonunda M.Mottaki İstanbul şəhərində olub, KİV nümayəndələri qarşısında çıxış edərək bildirib ki, 2007-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 10 milyard dollar səviyyəsinə çatacaq.

Xəbər lenti

Xəbər lenti