...

Bakıda "Future Shorts" qısametrajlı film festivalı keçirilir (FOTO)

Mədəniyyət Materials 30 May 2015 15:22 (UTC +04:00)
Bakıda dünya əhəmiyyətli “Future Shorts” qısametrajlı film festivalının yeni Yaz mövsümü toplusuna baxış keçirilir.
Bakıda "Future Shorts" qısametrajlı film festivalı keçirilir (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir Vüqar İmanov/

Bakıda dünya əhəmiyyətli "Future Shorts" qısametrajlı film festivalının yeni Yaz mövsümü toplusuna baxış keçirilir.

Trend-in məlumatına görə, mayın 29-da ilk nümayiş keçirilib, mayın 30-da isə nümayişin ikinci günü baş tutacaq.

Hazırda festival 90 ölkə, 300 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya üzrə 1 400 baxış təklif edir.

Mövcud olduğu 10 il ərzində festival Finlandiyadan tutmuş Meksikaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

"Future Shorts" festivalının Yaz mövsümü toplusu özündə 7 filmi birləşdirir.

Nümayiş YARAT Müasir İncəsənət Mərkəzində (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının yaxınlığı) baş tutacaq.

Başlanma vaxtı saat 20:00

Biletləri (qiyməti 10 AZN) şəhərin kassalarından əldə edə bilərsiniz.

Tel. (+99412) 505 14 14

www.yarat.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti