...

Almaniyalı dirijor Bakıda “Plaş” operasının tamaşasını idarə edəcək

Mədəniyyət Materials 15 Mart 2017 19:40 (UTC +04:00)
Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri olan “İl Tabarro” (“Plaş”) operasının tamaşası keçiriləcək.
Almaniyalı dirijor Bakıda “Plaş” operasının tamaşasını idarə edəcək

Bakı. Trend:

Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri olan “İl Tabarro” (“Plaş”) operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu operanın ilk tamaşası 14 dekabr 1918-ci ildə Nyu-Yorkda məşhur Metropoliten-Operada baş tutub və tamaşa o zaman çox böyük uğur qazanıb. Həmin vaxtdan bir əsrə yaxın müddət keçməsinə baxmayaraq “İl Tabarro” bu gün də dünyanın qabaqcıl opera və balet teatrlarının repertuarını bəzəyir və tamaşaçılar tərəfindən çox sevilir.

Azərbaycan Opera və Balet Teatrında "İl Tabarro" ilk dəfə 2014-cü ildə Almaniyalı sənətkarlar - rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrok tərəfindən səhnəyə qoyuylub. Üç ildən bəri repertuarda olan operanın növbəti tamaşasının uğurlu olacağı gözlənilir. Belə ki, tamaşanı idarə etmək üçün məhz almaniyalı dirijor - Qut-İmmlinq opera sənəti festivalının bədii rəhbəri Korneliya fon Kerssenbrok dəvət olunmuş, əsas rollarda isə teatrımızın aparıcı solistləri - Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, solistlərdən Əliəhməd İbrahimov, Tural Ağasıyev, Nina Makarova, Tələt Hüseynov çıxış edəcəklər.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti