...

Gəncədə iki avtomobil toqquşub, bir nəfər yaralanıb

Hadisə Materials 3 Mart 2015 00:54 (UTC +04:00)
Hadisə şəhərin Təbriz küçəsində baş verib
Gəncədə iki avtomobil toqquşub, bir nəfər yaralanıb

Azərbaycan, Bakı, 3 mart /Trend/

Gəncədə iki avtomobil toqquşub.

Trend kəpəz TV-yə istinadan məlumat verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.

VAZ 21015 markalı avtomobilin sürücüsü 23 yaşlı Kamran Əhmədov Təbriz küçəsi ilə hərəkət edərkən VAZ 2107 markalı avtomobilin sürücüsü 45 yaşlı İsmayıl Mehdiyev qəfildən onun qarşısında dönmə əməliyyatı edib.

Nəticədə hər iki avtomobil toqquşaraq səkiyə çıxıb.

Qəza zamanı VAZ 2107 markalı avtomobilin sürücüsü İsmayl Mehdiyev gözündən xəsarət alıb.

Faktla bağlı Gəncə şəhər DYP-i tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti