...

Külli miqdarda heroinin ölkəmizə gətirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 19 Noyabr 2015 12:44 (UTC +04:00)
Azərbaycan Gömrükçüləri 2 kiloqrama qədər heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.
Külli miqdarda heroinin ölkəmizə gətirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Gömrükçüləri 2 kiloqrama qədər heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, narkotik vasitə İrandan Azərbaycana gələn Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Emin Hidayət oğluna məxsus "Mersedes Benz-200" markalı, 90-GB-883 nömrəli minik avtomobilində aşkar edilib.

Belə ki, Astara Gömrük İdarəsinin əməkdaşları Sərnişin nəqliyyat şöbəsinin gömrük yoxlama xəttində avtomobilə gömrük nəzarətini həyata keçirən zaman "Mimi" ləqəbli kinoloji xidmət iti nəqliyyat vasitəsinin salonuna reaksiya verib.

Bunu nəzərə alan gömrükçülər qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçiriblər. Yoxlama zamanı avtomobilin salonunda, alətlər panelinin arxasında gömrük nəzarətindən gizlədilən, qara rəngli kauçuk məmulatına bükülü vəziyyətdə 5 ədəd uzunsov formalı bağlamada ümumi xalis çəkisi 1 kiloqram 850qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti