...

Bakıda yaşayış evində yanğın olub - 20 sakin təxliyə olunub

Hadisə Materials 26 İyul 2016 01:09 (UTC +04:00)
Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus evdə yanğın olub.
Bakıda yaşayış evində yanğın olub - 20 sakin təxliyə olunub

Bakı. Trend:

Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.

Yanğın zamanı binanın 8-ci mərtəbəsində yaşayan bir qadın azyaşlı övladı ilə tüstüdən zəhərlənmiş və yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti