Bakı. Trend:
Beynəlxalq Futbol Federasiyası (FIFA) məhkəməyə verilə bilər.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, buna səbəb 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının reqlamentidir.
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FİFPro) turnirdə komanda sayının 32-yə yüksəlməsi ilə bağlı şikayət edib. Şikayətdə oyun sayının artırılmasının futbolçuların səhhətində problem yarada biləcəyi vurğulanb. FİFA prezidenti Canni İnfantinodan dünya çempionatının bu formatda təşkilindən imtina tələbi irəli sürülüb.
Qeyd edək ki, gələn il ABŞ-ın ev sahibliyi edəcəyi yarışda 32 klub 8 qrupda yarışacaq.