...

Azərbaycanda silahlı müqavimət göstərən ekstremist məhv edilib - TƏFƏRRÜATLAR (YENİLƏNİB-2)

Hadisə Materials 27 Yanvar 2017 15:15 (UTC +04:00)
Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı nəticəsində dini ekstremist silahlı müqavimət göstərərkən məhv edilib.
Azərbaycanda silahlı müqavimət göstərən ekstremist məhv edilib - TƏFƏRRÜATLAR (YENİLƏNİB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 26 yanvar saat 22:20-də yayılıb)

Bakı. Trend:

Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində dini ekstremist məhv edilib.

Bu barədə Trend-ə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Xüsusi əməliyyat zamanı Ocaqov Ceyhun İslam oğlu silahlı müqavimət göstərib və məhv edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbə Trend-ə bildirib ki, əməliyyat Bakının Yasamal rayonu, Şərifzadə küçəsində, "Kaktus" restoranının yaxınlığında aparılıb.

Dəfələrlə təslim olması təklif edilsə də, C.Ocaqov silahlı müqavimət göstərərək "Makarov" markalı tapançadan atəş açıb. Cavab atəşi zamanı ekstremist məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti