...

Yuxusunda uduşlu lotereya bileti görən ofisiantın yuxusu çin çıxdı

Maraqlı Materials 31 Yanvar 2015 14:25 (UTC +04:00)
Yuxusunda uduşlu lotereya bileti görən Böyük Britaniyadakı “Kapadokya” türk restoranının ofisiantı Fatih Özkan uduşun yarısına sahib olacaq. Bu barədə Trend Qazeta.ru-ya istinadən xəbər verir.
Yuxusunda uduşlu lotereya bileti görən ofisiantın yuxusu çin çıxdı

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Yuxusunda uduşlu lotereya bileti görən Böyük Britaniyadakı "Kapadokya" türk restoranının ofisiantı Fatih Özkan uduşun yarısına sahib olacaq. Bu barədə Trend Qazeta.ru-ya istinadən xəbər verir.

Bu ölkədə dərc olunan "Daily Express" qəzetinin yazdığına görə, 2012-ci ilin yanvarında F.Özkan yuxusunda əlində çoxlu pul olduğunu və yanında restoranın sahibi Hayati Kusukkoylunun dayandığını görür. Ertəsi gün Fatih bossunu "Euromillions" lotereyasını almağa inandırır. Onlar 1 milyon funt udurlar. H.Kusukkoylu pulların hamısını özünə götürmək istəyir. Bu zaman o, bileti özü aldığını və nömrəni özü seçdiyini iddia edir. F.Özkan isə biletin alınmasına səbəb onun yuxusunun olduğunu, bir neçə nömrə seçdiyini və biletlərin yarısının pulunu ödədiyini israr edir.

2014-cü ildə məhkəmə F.Özkan və H.Kusukkoylunun mükafatı bölüşmələrinə dair qərar çıxarıb. Amma ofisiantın işəgötürəni bu hökmə etiraz edib. London apelyasiya məhkəməsi əvvəlki instansiyanın qərarını dəstəkləyib və H.Kusukkoylunun şikayətinin təmin olunmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti