...

"Google" nəhəng layihəsini dayandırdı

Maraqlı Materials 13 Yanvar 2017 10:23 (UTC +04:00)
"Google" nəhəng layihəsini dayandırıb.
"Google" nəhəng layihəsini dayandırdı

Bakı. Trend:

"Google" nəhəng layihəsini dayandırıb.

Trend-in məlumatına görə, 2014-cü ildə pilotsuz uçuş aparatları (PUA) istehsal edən "TitanAerospace" şirkətinin səhmlərini alan "Google" dünyada internetin əlçatmaz olduğu yerlərdə PUA vasitəsilə internet xidmətlərinin göstərilməsini nəzərdə tutan "Titan" layihəsini dayandırdığını elan edib.

Qeyd edək ki, bundan əvvəl aparılan sınaq uçuşlarından sonra "Titan" bəzi texniki problemlərlə qarşılaşmış və layihə üçün ayrılan maliyyə vəsaiti azaldılmışdı. Daha sonra PUA Arizonada qəzaya uğramışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti