...

Zaxarova: Rusiya və Fransa XİN rəhbərləri Moskva görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə edə bilərlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyun 2017 11:47 (UTC +04:00)
Moskva Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrovla Jan-İv Le Drianın iyunun 20-də görüşləri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini istisna etmir.
Zaxarova: Rusiya və Fransa XİN rəhbərləri Moskva görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə edə bilərlər

Bakı. Elmira Tarıverdiyeva - Trend:

Moskva Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrovla Jan-İv Le Drianın iyunun 20-də görüşləri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini istisna etmir.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib:

"Bir sıra beynəlxalq məsələlərin müzakirəsi zamanı bu məsələyə toxunulacağını istisna etmirik. Bu, təbiidir. Belə ki, fransalı həmkarlarımızla bir çox məsələlərdə daim dialoqdayıq, həmçinin bu məsələ ilə də bağlı".

Zaxarova qeyd edib: “Yaranmış vəziyyət irəli hərəkət və həll tələb edir, ona görə son vaxtlar müxtəlif formatlarda danışıqlar intensivləşib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti