...

Öz dili olmayan Ermənistan

Siyasət Materials 7 İyul 2015 09:47 (UTC +04:00)
Son günlər Ermənistan mərkəz şəhərində baş verən etiraz aksiyaları ilə gündəmə gəlib. Sosial problemlərin məngənəsində boğulan insanlar istefa tələbləri ilə küçələrə axışdılar.
Öz dili olmayan Ermənistan

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

Son günlər Ermənistan mərkəz şəhərində baş verən etiraz aksiyaları ilə gündəmə gəlib. Sosial problemlərin məngənəsində boğulan insanlar istefa tələbləri ilə küçələrə axışdılar. Səbəb? Çünki ölkədə vəziyyət dözülməz hala gəlib. Uzun zamandan bəri Ermənistanda davam edən aclıq, səfalət ölkədə sosial partlayışa səbəb oldu. Məsul qurumlarsa problemləri masa üzərinə qoyub həll etmək yerinə, insanlara qarşı təzyiq, zoru seçdi. Nəticə isə göz qabağındadır. Bu barədə bir qədər sonra.

İqtisadi gücü, dayanıqlılığı, sərvətləri, tərəqqisi olmayan Ermənistan uzun zamandan bəri "Arxalı köpək qurd basar" misali ilə dayana biləcəyini sanırdı. Qarşısına keçdikləri ilə isə öz dilləri ilə deyil, arxalarını dayadıqları əmilərinin, dayılarının, böyük qardaşlarının dilləri ilə danışmağa bir növ adət etmişdilər. Gah fransız, gah amerikan, gah da rus day-daylarının dilləri ilə hazırlanmış qurama mətnlərlə qırıq qrammafon kimi oxumağa başlayırdı bu erməni tayfası. Həm də işğalçı iddiaları ilə...

Amma necə deyərlər, hər şeyin bir sonu olduğu kimi, erməni oyunbazlığının da sonunun zamanı gəlir yavaş-yavaş. Min-bir hiylə ilə hördükləri corabın toruna düşüb bunlar indi. Ölkə fəlakət durumundadır. Elektrik enerjisindəki qiymət artımına etiraz edən vətəndaş "Talana son qoyun!" deyir. Düşdüyü ağır sosial-iqtisadi böhrandan xilas ola bilməyən Ermənistanda siyasi durum getdikcə daha gərgin xarakter almağa başlayır. Hakimiyyətə qarşı etiraz aksiyalarının çoxalması qeyd edilənlərin təsdiqidir. Ermənistanda sadə vətəndaş ölkənin sürətlə uçuruma doğru yuvarlandığının fərqindədir.

Repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır. 2014-cü ildə Ermənistanın 5 min 242 vətəndaşı 44 ölkədən siyasi sığınacaq istəyib. Son iki ildə isə Ermənistandan siyasi sığınacaq üçün 10 min vətəndaş müraciət edib. Siyasi miqrasiya ilə yanaşı, Ermənistandan iqtisadi mühacirət də artıb. Son dönəmlərdə Ermənistandan mühacirət 4 min nəfər artaraq 47 minə çatıb. Bunun nəticəsidir ki, Ermənistanda bölgələrdə yaşayan əhalinin sayı sürətlə azalan istiqamətdə inkişaf edir. Dramın qiymətdən düşməsi ölkədə bahalaşma prosesini sürətləndirib.

Ermənistan Milli Statistika Xidməti ölkə əhalisinin az qala yarısının kasıblıq həddində yaşadığını bildirir. 2008-ci ildə kasıblıq həddi 27,6 faiz olub, bu gün isə bu göstərici artıq 45 faizi keçib.

Bu gün işğalçı Ermənistanda vəziyyət çox acınacaqlıdır. İqtisadiyyat böhran içərisindədir. Xaricdən axan külli miqdarda yardımlar isə əvvəlki səviyyədə olmadığından əhalinin sosial durumu daha da ağırlaşıb. İstehsalat dayanıb, sənaye müəssisələri işləmir. Əmək haqları verilmir. Ermənistan əhalisi yoxsulluqdan kütləvi şəkildə ölkəni tərk edir. İşğalçı ölkədə ticarət dövriyəsinin azalması problemləri daha da dərinləşdirir.

Ermənistan artıq hər ayı iqtisadi geriləmə ilə başa vurur. Son dövrlərdə ölkədə xarici ticarət dövriyyəsi 222,5 milyon dollara bərabər olub. Bu isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz azdır.

Ermənistan Milli Statistika Xidmətinin yaydığı hesabatda bildirilir ki, 2015-ci ilin ilk rübündə Ermənistandan xaricə cəmi 3,4 milyon dollarlıq mal və məhsul ixrac olunub. Halbuki 2014-cü ildə həmin rəqəm 90,8 milyon dollar olub. Ümumilikdə isə Ermənistanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsi 48,5, Avropa Birliyi ölkələri ilə 30, digər dövlətlərlə ticarəti isə 18 faiz geriləyib.

Bəli, bax belə. Kor-kor, gör-gördü. Erməni hiylələri döndü dolandı, nəhayətində öz başlarında çatladı. İşğalçı dövlət iddiasında olan bədnam qonşularımız nəinki bu gün müharibə etmək iqtidarında deyil, hətta aclıqdan, səfalətdən əziyyət çəkən sadə vətəndaşlarının qarnını doyura bilmir. Bu gün sağına soluna boylanan ermənilər yanlarında hər zaman güvəndkləri day-daylarını görmürlər. Nə kəramətdisə...Yəni, açıqcası bu gün ermənilər uzanan day-day dilləri ilə deyil, öz dilləri ilə danışası olublar. Ona görə də dilləri yamanca gödəlib binəvaların. Daha doğrusu, dillərini udublar...

Üfüqdə görünən isə odur ki, çökmüş bədnam qonşularımızı qarşıda bundan daha da ağır günlər gözləyir. Tunelin sonu isə çox qaranlıq görünür...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti