...

Deputat: Azərbaycan regionda sülhün bərpa olunması üçün platforma yaradıb

Siyasət Materials 24 Yanvar 2017 16:49 (UTC +04:00)
Ermənistanın AŞPA-dakı nümayəndələri çıxışları zamanı öz ölkələrində qanun pozuntularından diqqəti yayındırmaq üçün Azərbaycanı qaralamağa çalışır.
Deputat: Azərbaycan regionda sülhün bərpa olunması üçün platforma yaradıb

Bakı. Anaxanım Hidayətova - Trend:

Ermənistanın AŞPA-dakı nümayəndələri çıxışları zamanı öz ölkələrində qanun pozuntularından diqqəti yayındırmaq üçün Azərbaycanı qaralamağa çalışır.

Trend-in məlumatına görə, bunu AŞPA qış sessiyasında çıxış edən Milli Məclisin deputatı, Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan tərəfinin bu cür çıxışlarına fikir vermir.

R.Rzayev deyib: “Daha yaxşı gələcək naminə sülhün əldə olunması üçün xalqlarımıza kömək etmək lazımdır. Azərbaycan ölkələr arasında sülh platforması yaradıb. Bu platformanın artıq bir neçə görüşü keçirilib və bu görüşlərdə Ermənistandan jurnalistlər və ictimai xadimlər iştirak edib”.

R.Rzayev platforma üzvlərinin sayının artmaqda olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti