...

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünü təşkil etməyə çalışır

Siyasət Materials 1 Fevral 2017 13:34 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün təşkil olunması üzərində çalışır.
Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünü təşkil etməyə çalışır

Bakı. Anaxanım Hidayətova - Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün təşkil olunması üzərində çalışır.

Bunu Trend-ə yeni təyin olunmuş amerikalı həmsədr Riçard Hoqland deyib.

O qeyd edib ki, hazırda digər həmsədrlərlə XİN rəhbərlərinin görüşü üçün optimal vaxtın seçilməsi məsələsi, eləcə də həmsədrlərin regiona növbəti səfərinin vaxtı müzakirə olunur.

Amerikalı diplomat vurğulayıb ki, Azərbaycana və Ermənistana səfər etmək imkanını səbirsizliklə gözləyir.

Daha öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan etmişdi ki, fevralın 17-19-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti