...

"BAKI SOVETİ" METROSTANSİYASINDA BAŞ VERMİŞ HADİSƏ İLƏ BAĞLI MƏHKƏMƏ İSTİNTAQI BAŞLANACAQ

Siyasət Materials 5 Avqust 2005 16:22 (UTC +04:00)

"Bakı Soveti" Metrostansiyasında 2005-ci il iyunun 8-də baş vermiş məlum hadisə ilə bağlı ibtidai istintaq bitib və cinaət işinin materialları məhkəmə baxışına göndərilib. Bu barədə məlumat Trend ə Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən daxil olub.

Məlumatda göstərilir ki, işə Səbayel rayon məhkəməsində baxılacaq.

Xatırladaq ki, iyunun 8-də saat 13.41 radələrində Metropolitenin "Bakı Soveti" stansiyasının 2-ci eskalatorunda vətəndaş Vahid Axundovun ölümü, 18 nəfərin, o cümlədən 2 azyaşlı uşağın xəsarət alması ilə nəticələnmiş ağır qəza baş vermişdi.

Faktla bağlı Səbayel rayon Prokurorluğunda cinayət işi başlanmış və istintaq yolu ilə müəyyən edilmişdi ki, qəzanın baş verməsinə görə Bakı Metropoliteninin Elektromexanika Xidmətinin Eskalator distansiyasının ustası Namiq Dadaşov, eskalator maşinisti Elxan Əliyev və briqadir-çilingər Renat Nizaməddinov CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilərək həbsə alınıblar.

Xəbər lenti

Xəbər lenti