...

"Yeni Siyasət" bloku aksiyalar planlaşdırıb

Siyasət Materials 7 Noyabr 2005 16:58 (UTC +04:00)

"Yeni Siyasət" seçki bloku seçkilərin saxtalaşdırılmasına etiraz olaraq kütləvi aksiyalar planlaşdırıb". Trend xəbər verir ki, bu barədə noyabrın 7-də adıçəkilən blokun Sədrlər Şurasının keçirdiyi mətbuat konfransında bildirilib.

Blok tərəfindən kütləvi aksiyaların nə vaxt və harada keçiriləcəyi noyabrın 8-də Koordinasiya Şurasının qərarında göstəriləcək. "Yeni Siyasət" bloku "Azadlıq" bloku ilə birgə seçkilərin nəticələrinin ləğvi istiqamətində mübarizə aparacağını da bəyan edib.

Xəbər lenti

Xəbər lenti