...

Tehranın mərkəzində Səttarxanın büstü qoyulub

Siyasət Materials 16 Noyabr 2005 16:36 (UTC +04:00)

Böyük sərkərdə, İranda milli xalq hərəkatına rəhbərlik etmiş Səttarxanın həlak olmasının 91-ci ildönümü münasibətilə Tehranın mərkəzində onun büstü qoyulub. İranın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, abidə Tehran şəhərinin abadlığı üzrə təşkilatın vəbələdiyyə məntəqəsinin sifarişi ilə quraşdırılıb.

Büstün ölçüsü 1,2 dəfə adi insan ölçüdəlindən böyükdür. Büstün hündürlüyü 85 sm, çəkisi isə 75 kq-dır. O, hündürlüyü 120 sm olan qranit postament üzərinə qoyulub.

Xəbər lenti

Xəbər lenti