...

Müxalifətin mitinqi AXCP gənclərinin yüruşü ilə başladı

Siyasət Materials 26 Noyabr 2005 15:36 (UTC +04:00)

Müxalifətin noyabrın 26-da Qələbə meydanında saat 15:00-a planlaşdırdığı mitinqi AXCP-nin bir qrup gəncinin metronun 20 Yanvar stansiyasından meydana doğru yürüşü ilə başlayıb. Trend xəbər verir ki, yürüşdə azadlıq və istefa şüarları səsləndirilib. Saat 15:05-də isə "Yeni fikir" və "Çağrı" gənclər təşkilatları meydana toplaşıb. Azadlıq blokuna daxil olan 3 partiya - AXCP, Müsavat və ADP metro stansiyasından meydana qədər kolon şəklində düzülüb. AXCP-nin mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlunun bildirdiyinə görə, hər 3 kolon partiya liderlərinin meydana daxil olmasını gözləyir. "Liderlər meydana gələndə kolonlar meydana daxil olacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti