...

Yaxın gələcəkdə bütün cəzaçəkmə müəssisələrində psixoloq ştatları açılacaq

Siyasət Materials 7 Dekabr 2005 16:40 (UTC +04:00)

Yaxın gələcəkdə bütün cəzaçəkmə müəssisələrində psixoloq ştatları açılacaq. Ədliyyə nazirliyyinin məhkəmə qərarlarının icrası baş idarəsinin şöbə rəisi Rafiq Ramazanov bildirib ki, psixoloq ştatı Qobustan qapalı xəstəxanasında, uşaq və qadın cəzaçəkmə müəssisələrində açılıb. Yalnız son iki müəssisədə psixoloqlar fəaliyyət göstərir.

Qobustan həbsxanasında isə bu işə dəvət olunanlar olsa da, razılıq verən olmayıb. Buna baxmayarq, baş idarənin psixoloqlar qrupu məhkumlar və hərbçilərin psixoloji problemlərini aradan qaldırmaq üçün zəruri hallarda və ayda bir neçə dəfə müəssisələrdə məhkumların psixoloji problemlərinin aradan qaldırılması üzrə iş aparırlar.

Xəbər lenti

Xəbər lenti