...

YAP təkrar parlament seçkisində vahid namizədlər siyahısı tərtib etməyəcək

Siyasət Materials 8 Dekabr 2005 16:44 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri təkrar parlament seçkilərində iştirak edəcəklər. Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Trend ə bildirib ki, bu dəfə bir neçə dairə üzrə seçki təkrar olduğundan YAP-ın rəhbər strukturlarının xüsusi qərarı olmayacaq. 6 noyabr seçkisindən fərqli olaraq bu dəfə YAP seçkidə namizədlər siyahısı tərtib etməyəcək. Yəni, YAP-çılar seçkidə vahid siyahı üzrə deyil, özləri fərdi şəkildə iştirak edə bilərlər.

"Partiya üzvləri təkrar seçkidə özlərini bir daha sınağa çəkəcəklər. 6 noyabr seçkisində Yeni Azərbaycan Partiyası 108 dairə üzrə namizəd irəli sürmüşdü. Bu dəfə ola bilər ki, YAP-ın 10 dairənin hamısından namizədi olsun. Həmçinin partiya hansısa dairələrdən özü namizəd verməyib nüfuzlu şəxslərin namizədliyini dəstəkləyə bilər"-deyə H.Paşayev bildirib.

Xəbər lenti

Xəbər lenti