...

Millətçi Demokratlar Hərəkatının strukturu formalaşdırılacaq

Siyasət Materials 11 Yanvar 2006 14:09 (UTC +04:00)

Millətçi Demokratlar Hərəkatının (MDH) strukturunun formalaşdırılması istiqamətində iş aparılır. Bu barədə Trend ə MDH-nin təsisiçlərindən olan Azərbaycan Xalq Cəbhəsi (klassiklər) Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.

Qeyd edək ki, MDH 2005-ci il 6 noyabr parlament seçkilərindən sonra bir neçə siyasi partiya və fərdin iştirakı ilə təşkil edilib.

M.Mirəlioğlu bildirib ki, hərəkatın strukturunun formalaşdırılması ilə bağlı yaradılan təşəbbüs qrupu hələlik işini yekunlaşdırmayıb: "Hərəkatın İdarə Heyətinin tərkibinin müəyyənləşdirilməsi və əsasnaməsinin təsdiqlənməsi nəzərdə tutulub. Ancaq hələlik bu istiqamətdə apardığımız işlər yekunlaşmadığından dəqiq mövqe bildirə bilməyəcəm".

Xəbər lenti

Xəbər lenti