...

"Azadlıq" bloku həmsədrləri Strasburqa yola düşüb

Siyasət Materials 23 Yanvar 2006 16:49 (UTC +04:00)

"Azadlıq" blokunun həmsədrləri Avropa Şurası Parlament Assambleyasının toplantısında iştirak etmək üçün Strasburqa yola düşüb. Trend in məlumatına görə, Fransaya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu gedib. Müsavat Partiyasının başqanı İsa Qəmbər və "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət isə viza problemi ilə əlaqədar yola düşməyiblər. Onların yanvarın 23-də Strasburqa getməsi gözlənilir.

AŞPA tərəfindən sessiyaya dəvət olunmuş "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazov isə Strasburqa getməklə bağlı hələ qərar verməyib. O bildirib ki, hazırda bu məsələni blokdakı həmkarları ilə müzakirə edir və nəticədə müvafiq qərara gələcəklər.

Qeyd edək ki, müxalifət liderləri yanvarın 26-da AŞPA-nın qış sessiyası çərçivəsində təşkil olunacaq ötən il 6 noyabrda Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı müzakirələrdə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti