...

Xəbərdarlıq: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, güclü külək əsəcək, qar yağacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 19 Fevral 2015 13:50 (UTC +04:00)
Azərbaycan sinoptikləri hava şəraitinin daha da kəskinləşəcəyi barədə xəbərdarlıq ediblər.
Xəbərdarlıq: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, güclü külək əsəcək, qar yağacaq (ƏLAVƏ OLUNUB)

İlk xəbər 13:03-də yayılıb

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan sinoptikləri hava şəraitinin daha da kəskinləşəcəyi barədə xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ilkin proqnoza əsasən, fevralın 20-də günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Fevralın 21-də küləyin güclü olacağı ehtimal edilir. Havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında belə hava şəraiti fevralıın 23-dək davam edəcək.

Fevralın 20-si qərb rayonlarından başlayaraq, ayın 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında güclü şimal-qərb küləyi əsəcək.

Fevralın 21-də və 22-də Bakıda və Avbşeron yarımadasında temperaturun gündüz 0 dərəcəyə yaxın, gecə saatlarında 2 dərəcəyə kimi şaxta olacağı gözlənilir.

Rayonlarda yollar buz bağlayacaq.

Qeyd edək ki, dəqiqləşdirilmiş proqnoz bir daha ictimaiyyətə təqdim olunacaq.

XXX

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha sonra Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın isti olacaq.

Fevralın 20-si axşamdan başlayaraq 23-dək Abşeron yarımadasında hava şəraitinin kəskinləşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort, qarlı hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Azərbaycanın rayonlarında fevralın 20-də hava şəraitinin qərb rayonlarından başlayaraq yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti