...

Xocalı soyqırımının qurbanları Praqa da anılıb (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2015 16:25 (UTC +04:00)
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Praqa şəhərində anım mərasimləri təşkil edilib.
Xocalı soyqırımının qurbanları Praqa da anılıb (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Praqa şəhərində anım mərasimləri təşkil edilib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə günorta saatlarında Çexiya-Azərbaycan İctimai Birliyi təşkilatı tərəfindən Çexiyanın əsas dövlət qurumları və Ermənistan səfirliyinin binasının önündən keçməklə, Azərbaycan bayraqları və Xocalıya dair posterlərlə bəzədilmiş avtomobil yürüşü təşkil edilib.

Daha sonra "Xocalıya ədalət" kampaniyası çərçivəsində hazırlanmış xüsusi köynəklər geyən yürüş iştirakçıları Praqanın mərkəzi küçələrindən piyada keçməklə yerli əhaliyə Xocalı soyqırımına dair broşürlər paylayıb və müvafiq məlumat veriblər.

Axşam saatlarında Praqanın mərkəzindəki "Staroměstské náměstí" meydanında Azərbaycan Tələbələri Şəbəkəsinin təşkilatçılığı ilə Xocalı və Liditse (faşist Almaniyasının 2-ci Dünya müharibəsi dövründə Çexiyanın Liditse kəndində törətdiyi qırğın) faciələrinə həsr edilmiş "Hüzr küləkləri" (Winds of Sorrow) adlı virtual görüntülərdən (video mapping) ibarət film nümayiş etdirilib. Qeyd olunan film 3 saat ərzində sözügedən meydanda təkrar olaraq göstərilib.

Sözügedən filmin nümayişində Azərbaycan və Türkiyənin Çexiyadakı səfirləri Fərid Şəfiyev və Ahmet Necati Bigalı, Azərbaycan Tələbələri Şəbəkəsinin Çexiya üzrə nümayəndəsi Eldar Vəliyev, həmçinin Azərbaycan və türk icmasının üzvləri və yerli sakinlər iştirak ediblər.

Günün sonunda Praqada yaşayan Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri üçün "Xoca" filminin nümayişi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti