...

Bakıda külək mülayimləşəcək

Cəmiyyət Materials 22 İyun 2015 12:25 (UTC +04:00)
Sabah gündüz saatlarından Bakıda şimal-qərb küləyi mülayimləşəcək.
Bakıda külək mülayimləşəcək

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah gündüz saatlarından Bakıda şimal-qərb küləyi mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 23-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti